Ev tapşırıqları video şəklində rahat bir dil ilə izah olunmuş və izah prosesində əyani vəsaitlərdən geniş istifadə olunmuşdur.
Dərsdə keçirilən kitablarda olan bütün tapşırıqların izahı EVTA sistemində mövcuddur.
İbtidai siniflərdə tədris edilən Riyaziyyat fənni üzrə Azərbaycan və rus dillərində video izahlar mövcuddur.
Şagirdlər və onların valideynləri istədikləri zaman mobil tətbiqə daxil olub istədikəri tapşırıqların izahına təkrar-təkrar baxa bilərlər.
Hər video baxdıqca və hər gün sistemdə istifadə olunduqca ballar yığılır.
Layihənin məqsədi şagirdlərə ev tapşırığını daha rahat izah etmək, valideynlərlə birgə əməkdaşlıq etmələrinə imkan yaratmaqdır. Burada valideynlərə daha çox yük düşür ki, onlar övladlarının ev tapşırıqlarının həllinə daha çox zaman ayırsınlar.